Bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.
Medianın yazdığına görə, bu posta Tural Kərimli adlı bir gənc gətirilib.
Tural Kərimli ilə bağlı mediada yazılan xəbərlərdə onun Harvard Universitetinin tələbəsi olduğu bildirilir.
Ovqat.com bildirir ki, Gununsesi.org-a daxil olan bir məlumatda isə gənc kadrla bağlı məlumatın heç də belə olmadığı bəlli olub. Bu məsələnin diqqətə səbəb olması isə İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr təyinatının ölkə rəhbəri tərəfindən həyata keçirilməsidir.
Redaksiyamıza daxil olan bir faktda Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin ciddi riskə girərək, Tural Kərimlini prezidentə Harvard Universitetinin tələbəsi kimi təqdim etdiyi göstərilir.
Xaricdə, özəlliklə Amerikada təhsil olan gənclərin idarəçiliyə cəlb olunmasına xüsusi önəm verən prezident Tural Kərimlini bu vəzifəyə təyin edərkən onun Harvarddakı təhsilini nəzərə alıb.
Ancaq məlum olub ki, Tural Kərimli nəinki Harvardda təhsil alıb, o bu ali təhsil ocağında heç kursda belə olmayıb.
Gununsesi.org-un Turalın Harvardda investisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə 2 günlük seminarda olduğu görünür. Bunun üçün Tural Kərimli 5300 dollar ödəniş edib.
Onun yeganə təhsili isə Qafqaz Universitetində olub.
Qeyd edək ki, adıçəkilən ali təhsil ocağı eyni proqram üzrə bu ildə də 2 günlük seminar elan edib.
Həmin sənədi təqdim edirik:
Paylaş: