Xəbər lenti
25-10-2020, 22:03

 

Ağsunun Qiyaslı kəndində 19 yaşlı gəlinin boğularaq öldürülməsi ilə bağlı yeni detallar üzə çıxıb.

Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı namus üstündə qətlə yetirib.

Bakıda fəhlə işləyən Nəriman qardaşının arvadı ilə bağlı yayılan iddiaları dəqiqləşdirmək üçün evlərinə qayıdıb və onun hərəkətlərindən şübhələnib. Şübhəsini daha da dəqiqləşdirmək üçün plan qurub. Belə ki, hadisədən bir gün qabaq evdəkilərə Bakıya qayıdacağını söyləyib. Növbəti gün səhər tezdən Bakıya getmək adı ilə evdən çıxıb, lakin kənddən çıxmayıb. Geri qayıdaraq evin yaxınlığında gizlənib.

Qaynının Bakıya getdiyinə əmin olan Xumar Zahidova sevgilisini çağırıb və evin yaxınlığında görüşüb. Bu zaman onları birlikdə tutan Nəriman hər ikisini arxasınca qaçıb. Oğlan qaça bilsə də, Nərimanın atdığı daş Xumarı yerə yıxıb. Nəriman onu evə apararaq kəndirlə boğub və asıb.Qafqaz.info




Ana səhifəyə qayıt        Baxış: 174          Tarix: 9-09-2019, 13:59      


Paylaş: