Bakıda qonşuluqda yaşayan qadını başını kəsərək qətlə yetirən şəxs barəsində bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində gecə saatlarında 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov daha əvvəl Cinayət Məcəlləsinin 234-cü- maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilib. Həm də narkoman kimi xəstəxanada qeydiyyatda olan X.Hüseynov azadlığa çıxandan sonra köhnə vərdişlərindən əl çəkməyib.
İstintaq zamanı məlum olub ki, həyat yoldaşı həbsxanada olan G.Bağırova ilə Xaləddin arasında bir müddət əvvəl isti münasibətlər yaranıb. Lakin 31 yaşlı oğlanın narkotik vasitələrdən asılılığı və daim Güneldən pul istəməsi onların münasibətlərinin pozulmasına səbəb olub. Son olaraq narkotik vasitələrə olan tələbatının təsiri altında olan Xaləddin gecə saatlarında Günelin yaşadığı evə gələrək onunla söhbət etmək istədiyini bildirib. Bu zaman onlar arasında münaqişə baş verib və G.Bağırova qonşuluqda yaşayan və bir müddət əvvəl qeyri-rəsmi münasibətlərinin olduğu şəxsdən evi tərk etməsini tələb edib.
Nəticədə X.Hüseynov bıçaqla qadının boğazına xəsarətlər yetirib. O, Günelin başını kəsdikdən sonra evi tərk edərək polis şöbəsinə gedib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Paylaş: