Xəbər lenti

 

Xaçmaz rayonunda istifadəyə yararsız ət aşkar edilib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini Nicəsur Mövsümə məxsus, Qaraqaşlı kənd ərazisində yerləşən fermaya keçirilən baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb. 

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 221          Tarix: 27-09-2019, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma