Xəbər lenti

 

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə (MM) uşaqlar, gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməsinə çağırıb.

Deputat deyib ki, uşaqlar, gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməlidir:

"Uşaqlar, gənclərlə bağlı qəbul edilən qanunların icrasına ciddi nəzarət mexanizmləri qurulmalıdır. 18 yaşına çatmamış uşaqlara siqaret və tütün məmulatlarının satışı qanunla qadağan edilməsinə baxmayaraq, demək olar ki hər yerdə siqaret, tütün məmulatları satılır. Qanunda siqaret və tütün məmulatlarının satış obyektlərinin məktəblərdən hansı məsafədə yerləşməli olduğu ilə bağlı tələbin olmasına baxmayaraq, demək olar ki əksər məktəblərin çox yaxınlığında siqaret və tütün məmulatları satılır."

Q.Paşayeva ictimai, qapalı yerlərdə siqaret və tütün məmulatlarından istifadənin qadağan edilməsi, məhdudlaşdırılması haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu dedi:

"Az sayda ictimai yerlərdə, qapalı məkanlarda bu qanunun tələblərinə əməl edilir, lakin çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə müvafiq qurumlarla, bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla bu qanunun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, uşaqların, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar qanunun icrasına nəzarət edilməsinə ciddi yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar. Hesab edirəm ki, qəbul edilən qanunların icrasına məsul olan qurumların öz vəzifələrinə ciddi yanaşmaları üçün qanunvericiliklə tələblər daha sərtləşməlidir və biz hamımız çalışmalıyıq ki, bu gün qəbul etdiyimiz uşaqların zərərli informasiyaların təsirindən qorumaq istiqamətində qanun layihələri də daxil olmaqla, uşaqları, gəncləri zərərli məsələlərdən onları qorumaq üçün qəbul olunan qanunlar yüksək səviyyədə həyata keçsin və bu istiqamətdə maarifləndirmə işləri daha da genişlənsin".

Q.Paşayevanın MM-in iclasında çıxış videosunu bu linkdən izləyə bilərsiniz. \\Eurasia Diary

 

 




Ana səhifəyə qayıt        Baxış: 401          Tarix: 1-10-2019, 00:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma