Gəncə şəhərində odlu silahla qətlə yetirilən şəxsin adı məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, vaqon deposu deyilən ərazidə ev tikintisi zamanı torpaq üstə mübahisə edərkən şəhər sakini, 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov odlu silahdan açılan atəş nəticəsində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 15:52
Gəncədə kişi ov tüfəngi ilə qətlə yetirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, vaqon deposu deyilən sahədə qeydə alınıb.
Belə ki, ev tikintisi zamanı torpaq üstə mübahisə yaranıb. Bu zaman Akif İsrafilov ona məxsus əraziyə keçdiyini bildirərək qoşalülə ilə qonşusunu vurub. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi tutub.
Faktla bağlı araşdırma aparılır.
Paylaş: