Xəbər lenti

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Sumqayıtda 20 hektara yaxın yeni ərazi ayrılıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

"Ötən il Sumqayıt şəhərində Sizin iştirakınızla iki qəsəbənin açılışını etmişik. Sumqayıtdakı 1001 ailəlik qəsəbədə məskunlaşma tamamilə başa çatıb. Sumqayıtın 12-ci mikrorayonunun ərazisində 1005 ailəlik şəhərcik Sizin iştirakınızla istifadəyə verilib və orada da köçkünlər yaşayırlar. Sizin tapşırıqlarınıza uyğun olaraq, Abşeron rayonunun "Stansiya Sumqayıt” deyilən ərazisində 1250 ailəlik qəsəbənin tikintisi başlayıb, işlər davam etdirilir. Bu, Sizin investisiya xərclərindən ayırdığınız vəsait hesabına inşa edilir. Düşünürəm ki, biz o qəsəbəni də 10 ay ərzində təhvil verə biləcəyik. Eyni zamanda, Sumqayıt şəhərində Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də ayrılıb. O istiqamətdə də fəaliyyət göstərilir. Gələn illərdə orada da tikintiyə başlamaq nəzərdə tutulub", - deyə o qeyd edib. /report.az




Ana səhifəyə qayıt        Baxış: 206          Tarix: 18-10-2019, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma