Xəbər lenti

 

Prezident İlham Əliyev "Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 3,5 milyon manat ayrılıb.




Ana səhifəyə qayıt        Baxış: 540          Tarix: 21-10-2019, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma