Xəbər lenti

 

Paytaxt Bakıda çörəyin içindən sancaq çıxıb.

Bu barədə “Facebook” istifadəçilərindən biri məlumat verib. O, çörək zavodundan aldıqları məhsulun içindən sancaq çıxdığını bildirib. İstifadəçi qeyd edib ki, anasının ağzında protez diş olduğu üçün sancağı hiss etməyib. Daha sonra isə sancaq açıq vəziyyətdə qadının qida borusuna ilişib.

Bədbəxt hadisə ilə üzləşən qadın əvvəlcə Mərkəzi Klinikaya, daha sonra isə M.Ə. Əfəndiyev adına 2 saylı şəhər klinikasına aparılıb. Lakin hər iki xəstəxanada ona kömək edə bilməyiblər. Nəhayət, özəl xəstəxanaya çatdırılan qadın xilas edilib. /yenicag.az




Ana səhifəyə qayıt        Baxış: 301          Tarix: 13-11-2019, 00:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma