Naxçıvan Muxtar Respublikası üzrə 112 min 277 seçici seçkilərə qatılıb.
Ovqat.com Report-a istinadla xəbər verir ki, bu da muxtar respublikada ümumi seçicilərin 41,4 faizi deməkdir. Hazırda məntəqələrdə səslərin sayılması prosesi başlayıb.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrində səsvermənin nəticələri belədir:
1 saylı Şərur-Sədərək seçki dairəsi- 16 800 seçici iştirak edib - yəni 43.5% ;
2 saylı Şərur seçki dairəsi 17904 seçici - yəni 41.5%;
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi - 18128 seçici – yəni 41.9%;
4 saylı Naxçıvan seçki dairəsi - 18449 seçici - yəni 41.5% ;
5 saylı Şahbuz-Babək seçki dairəsi- 12252 seçici - yəni 40.7 %;
6 saylı Culfa-Babək seçki dairəsi – 14831 seçici - yəni 40.2%;
7 saylı Ordubad-Culfa seçki dairəsi 13912 seçici - yəni 39.7%.
Paylaş: