Xəbər lenti

 

Bakının Xətai rayonunda bir kişi başından güllə ilə vurularaq öldürülüb.

Oxu.Az-a Xətai Rayon Prokurorluğundan daxil olan məlumata görə, dekabrın 27-də səhər saat 8:00 radələrində Səməd bəy Mehmandarov küçəsi, 74 saylı binanın qarşısında öldürülən şəxs 45 yaşlı Cəfərov Xəyal Aydın oğlu olub.

Şahidlər bu barədə polisə xəbər verib, eyni zamanda, qətl hadisəsi müşahidə kameralarına düşüb.

Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu tutulub.

Hadisənin təfərrüatı araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 229          Tarix: 28-12-2019, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma