Xəbər lenti

 

Sumqayıtda maraqlı bir hadisə baş verib. Deməli, çoxmərtəbəli yaşayış binalarının birində mənzillərin sahəsi durmadan genişlənir. Bu, sizə gülməli gələ bilər, ancaq mtk ilə sakinlər arasında imzalanmış alqı-satqı müqaviləsi yeniləndikcə hər yeni müqavilədə mənzilin sahəsi 3-4 kvadratmetr artırılır. Və sakinlərdən hər kvadratmetrə görə əlavə pul tələb olunur. MTK rəhbərliyinin bu vəziyyətə verdiyi izah da elə bir o qədər maraqlıdır.

İlkin satış müqaviləsində sahəsi 51 kvadratmetr göstərilən mənzil, sonradan 55 kvadratmetr olub. Rəqəmlər müqavilə yeniləndikdə dəyişdirilib. Üstəlik, fərqə görə yaranan əlavə məbləğ sakinlərdən tələb olunur.

Hadisə Sumqayıtın 9-cu m/r ərazisində fəaliyyət göstərən "Şərq" MTK-nın tikdiyi çoxmərtəbəli yaşayış binasında yaşanıb. Mənzillərin alqı-satqısında vətəndaşlarla bağlanan müqavilə sonradan bir neçə dəfə yenilənib. Belə olan halda birinci müqavilədə göstərilən evin sahəsi ikinci və ya üçüncü dəfə bağlanan müqavilədə artırılıb.

Sözügedən MTK-nın direktoru Ziyadxan Abbasov bu fərqi satış zamanı mənzillərin sahələrinin təxmini hesablanması ilə əsaslandırıb.

Binadan mənzil alan vətəndaşlar isə buna inanmırlar. Onlar MTK tərəfindən aldadıldıqlarını bildirirlər.

MTK-nın direktoru Ziyadxan Abbasov deyir ki, qiymət mənzil təhvil veriləndə yekun müqavilədə yazıldığı kimi hesablanır.

İndi vətəndaşlar çaş-baş qalıblar. Çünki onlarla bağlanan müqavilələr hər dəfə dəyişəndə mənzilin sahəsi artır və onlardan əlavə pul tələb edilir. Sakinlər məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini deyirlər. \\ xezerxeber.az

 

 




Ana səhifəyə qayıt        Baxış: 314          Tarix: 6-01-2020, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma