Xəbər lenti

 

Bakı şəhərində 163 000 sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb. Digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak aidiyyatı yerli komissiyalar tərəfindən araşdırılıb. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb. 

Report xəbər verir ki, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov isə daşınmaz əmlakın sənədləşməsindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu işlər aprel ayına qədər tamamlanacaq: 

“Ondan sonra müvafiq materiallar Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”.

R.Şahbazov qeyd edib ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərinə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir.




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 16-01-2020, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma