Xəbər lenti

 

Oğuz rayonunda bələdiyyə binasında yanğın baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə yanvarın 17-dən 18-nə keçən gecə Filfilli kənd bələdiyyəsinin inzibati binasında qeydə alınıb.

Yanğın nəticəsində 100 kvadratmetr sahəyə malik bələdiyyə binasının 50 kvadratmetri yanıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 418          Tarix: 18-01-2020, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma