Xəbər lenti

 

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıt şəhərində baş verən yol qəzasında ölən şəxsin adı məlum olub.

Məlumata görə, ölən şəxs 1993-cü il Məmmədov Tural Məmməd oğludur.

Yaralılardan 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və 1995-ci il təvəllüdlü Aidə Kərimovanın müalicəsi xəstəxanada davam etdirilir.

Digər iki yaralı isə ambulator müalicəyə göndərilib




Ana səhifəyə qayıt        Baxış: 223          Tarix: 22-01-2020, 10:18      


Paylaş: