Xəbər lenti

 

11:44

Bu gün Azərbaycanın görkəmli tarixçisi Ziya Bünyadovun anım günüdür.

Ziya Bünyadovla bağlı 7 faktı təqdim edirik:

1. Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadovun ailəsində dünyaya göz açıb. Alim öz nəsil şəcərəsini araşdırıb və babalarının şeyx olduğunu üzə çıxarıb.

2. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə döyüşüb və iki dəfə ağır yaralanaraq kontuziya alıb.

3. Göstərdiyi qəhrəmanlıqlara görə 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

4. Z.Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranı azərbaycan dilinə tərcümə edib.

5. Ziya Bünyadov fəaliyyəti ərzində Azərbaycan tarixi ilə bağlı mühüm sənədləri üzə çıxarıb, erməni tarixçilərin uydurma iddialarına qarşı barışmaz mövqe sərgiləyib və böyük əhəmiyyət daşıyan əsərlər yazıb.

6. O, 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ona 4 bıçaq zərbəsi vurulub və 2 güllə atılıb. Güllələrdən biri ağzına dəyib. Alimin son anlarında yanında olmuş şəxs ondan qatilin kim olduğunu soruşsa da, bunu öyrənə bilməyib. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi bildirilib.

7. Z.Bünyadov 1998-ci ildə vəfatından sonra Azərbaycanın o dövr üçün ən yüksək mükafatına – “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır. \\Kult.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 026          Tarix: 21-02-2020, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma