Xəbər lenti

 

Bərdə rayonunda qadının amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, rayonun Zümürxan kəndində kənd sakini 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızı yaşadığı evin mətbəxində baş nahiyəsindən aldığı bir neçə zərbədən ölüb.

Onun ölümündə həyat yoldaşı Vahid İbadov şübhəli bilinir.

Zümürxan kənd bələdiyyəsi Qürbət Nuriyev Oxu.Az-a deyilib ki, Vahid usta işləyib:

“Tahirə ilə 10 ilə yaxındır ki, evlidir. Onların uşaqları olmayıb. Kasıblıqla yaşayırdılar. Əsas problemləri kasıblıq olub. Qadının səhhəti ilə bağlı bəzi problemləri vardı”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 717          Tarix: 28-02-2020, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma