Xəbər lenti

 

"Koronavirus infeksiyasının yayılması nəticəsində yaranmış vəziyyətlə bağlı bilet satışları dayandırılıb. Öncədən satılmış biletlərin hər biri geri qaytarılacaq. Onların qiymətləri, xərcləri alan sərnişinlərə geri ödəniləcək".

Bu sözləri ATV-nin efirində "ATV Aktual" verilişində qonaq olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov deyib.

"Bu gün kassaların qarşısında sıxlıq yaşanır. Sərnişinlərə tövsiyə edərdim ki, bileti olan şəxslər biletlərini onlayn şəkildə geri qaytarsınlar. Həmin sərnişinləri bir çoxu biletləri onlayn əldə ediblər. İndi də həmin qaydada evdə oturaraq, onlayn şəkildə biletləri geri qaytarıb xərclərini geri götürə bilərlər. Belə olan halda həm evdə olarlar, həm də kassaların qarşısında sıxlıq yaranmaz", - deyə İ.Əmirov qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması səbəbilə AZAL bir sıra istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb. \\Report




Ana səhifəyə qayıt        Baxış: 1 407          Tarix: 17-03-2020, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma