Prezident İlham Əliyev Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən yaradılan 4 İşçi Qrupundan biri də Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyində çalışacaq.
Bu İşçi Qrupunun vəzifəsi pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanmasıdır.
İşçi Qrupa pandemiyanın Azərbaycan Respublikasının bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsi tapşırılıb.
Həmçinin İşçi Qrupa göstəriş verilib ki, aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
* Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;
* ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər. \\Teleqraf.com
Paylaş: