Xəbər lenti

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.
 
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.
 
Fərmana əsasən, Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.
 
Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. \\Qaynarinfo 





Ana səhifəyə qayıt        Baxış: 2 376          Tarix: 27-04-2020, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma