Xəbər lenti


Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər müəyyən edilərək cərimə olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan yeddi nəfərinə protokol tərtib olunaraq cərimə edilib, restoran sahibi olan bir nəfər və digər iki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Araşdırmalarla cərimə olunan şəxslərdən bir nəfərin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Bundan əlavə. Tərtər RPŞ-nin və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı yas mərasimində altı nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi də aşkar edilib və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.oxu.az



Ana səhifəyə qayıt        Baxış: 1 869          Tarix: 6-07-2020, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma