Xəbər lenti


Əl öpmək hara, şəhid haqqını yemək hara?!

 
»Şəmkirin icra başçısı Alimpaşa Məmmədov sabiq Vergilər naziri Fazil Məmmədovla əlbir olub «Salyan-Masallı  MMC» nin  mərmər    fabrikinə 700 min manat atıb».
 
Ovqat.com xəbər verir ki, bu iddianı araşdırmaçı-jurnalist Bəhlul Orucoğlu irəli sürür.
 
Onun iddiasına görə, Şəmkirdəki Şəhidlər Xiyabanı məhz bu fırıldağın hesabına salınıb. İcra başçısının xiyabandakı baş daşları üçün rayon büdcəsindən nə qədər pul sildiyi bilinmir, amma Şəmkir İcra Hakimiyyəti ilə «Salyan-Masallı  MMC» arasında razılaşdırılan məbləğ indiyədək mərmər zavoduna ödənilməyib. Jurnalist iddia edir ki, hazırda  bu fırıldağın məhkəmə prosesi gedir və ədalətin bərqərar olması Bakı hakimlərinin insafına qalıb.


 
Ciddi ittihamların yer aldığı məqaləni olduğu kimi dərc edir və qarşı tərəfin də cavabını gözləyirik.
 
Şəmkir  İcra  Hakimiyyətini   başçısı   şəhidlərin  qəbir  daşının   pulunu  yeyib.
Alimpaşa  Məmmədovun  qeyri-qanuni   əməllərinin  və  özbaşınalığının  sayı-hesabı   yoxdur.
 
Ölkə  həqiqətlərini   gizlətmək  üçün  hakimiyyəti   zəbt  etmiş  bir   qrup  mafioz  dəstənin   uzun  illər  ərzində   iqtisadi  inkişafdan,  vətəndaşların   həyat  səviyyəsinin  yüksəldilməsindən,  ixrac-idxaldakı  uğurlardan   danışıb  və  yalançı   vədlərlə, rəqəmlərlə  öz  vətəndaşını   aldatması,  çaşdırması  faktları   mətbuatda  dəfələrlə  işıqlandırılıb. Prezident  Aparatına   gedən  şikayətlərə  görə   Alimpaşa  Məmmədovun  sayəsində   rayonlar  üzrə  Şəmkir   birinciliyi  əldən  vermir.
 
Rayon  İcra   Hakimiyyəti  başçısının  qeyri-qanuni   əməllərindən   özbaşınalığından  mətbuatda  çox   işıqlandırılıb  və  yenə  də  yazılır.


 
Bilgili  şəxsin   məlumatına  əsasən nəzərinizə  çatdırım   ki,  Şəmkirin  hər   yerinə  pul  kisəsi   kimi baxan A.Məmmədov   rayonun  Şəhidlər  Xiyanabında   dəfn  olunmuş  şəhidlərin   üst (sinə)  daşlarını  «Səlyan-Masallı  MMC» nin   mərmər  fabrikinə  sifariş   edib, düzəltdirib. Ancaq  həmin  fabrikə   700  min  manat   borclu  qalıb (pul  atıb). Həmin   daşların  2013-cü  ildə   sifarişini  verənlər  Məmmədov   Alimpaşa  Adil  oğlu,   sabiq  vergilər  naziri   Fazil  Məmmədov  və   Nazirin  sabiq  müşaviri   Qüdrət  Seyfullayev  olub. Bu   işlə  əlaqədar  Bakıda   məhkəmə  araşdırması  (proses)   gedir. Ölülərdən  pay  uman   Alimpaşa  müəllim  bir   vampir   kimi  dirilərin   qanını  sormağa  hazırdır. Çünki  o,  Şəmkir  sakinlərinə   sağmal  inək  kimi   baxır. Artıq  süd  yox,   qan  gəlir. 

 


 
 A.Məmmədova  müraciət  edib   deyirəm: Alimpaşa  müəllim  7   aydır  İcra  Hakimiyyəti   başçısı  olmağınıza  baxmayaraq   sizdən  «Paralel» qəzetinin  redaksiyasına   Şəmkir  sakinlərindən  bir-neçə   şikayət  məktubları  gəlib. Mən   sizin  qəbulunuza  gəlmişəm. Bu   şikayətlərlə  əlaqədar  fikrinizi   öyrənmək istəmişəm,  ancaq  Siz  məni  qəbul   etməmisiniz. Sizin nümayəndəniz   isə  dedi: «Ağsaqqal  bura   yeri  deyil,  qəbul   günü gələrsiniz  «. İcra başçısı qəbul günündə yenə  də  məni  qəbul etmədi. O  zaman  mən   «Paralel» qəzetinin  qərb  bölgəsi   üzrə  müxbir  idim. Alimpaşa  Məmmədov   Şəmkiri  çökdürmə  işinə   yeni  başlamışdır.


Şəkildə: Jurnalistin redaksiyamıza göndərdiyi yazı 
 
Dəyərli  oxucular   Alimpaşa  Məmmədovun  bir-neçə qeyri-qanuni əməllərin  də   (preymlarını) Sizə  xatırladım.
 
  • İcra başçısının yaxınları 2015-ci  ildə  yeni  iş   yerləri  açdırmaq adı altında «Atabank» Açıq  Səhmdar  Cəmiyyətindən   güzəştli  qayda  ilə   uzun  müddətə  yəni   on  illiyə  kreditlərlər götürüblər, Amma nu zamanadək onları  nə  fəaliyyətləri   var, nə  də  milyonlarla   pul  vəsaitin taleyi bəllidir.
  • Şəmkir  bələdiyyəsinin  təsisçiliyi   ilə  yaradılmış  «Abad   Şəmkir»  Məhdud  Məsuliyyətli   Cəmiyyət  «Natural» su  zavodu   tikib,  işləməsi  üçün   Atabankdan  700.000  (yeddi   yüz  min) manat  pul   götürüb. Zavod  istismar  müddəti   başa  çatmış,  şəhərin   futbol  meydançasından  sökülən   tikinti,  materialları,  şifer-dam   örtükləri,  dəmir  armaturlar   və  s.  hesabına   tikilib,  lakin heç 2  ay  işləməmiş  işçilərin   əmək  haqqları  ödənmədən   su  zavodu  bağlanıb. Bunun səbəblərindən  biri   pulun  mənimsənilməsi  üçün   köhnə,  işlənmiş  su  xətti  avadanlıqlarının  alınması   olmuşdur. İşçilər  bu  günədək   əmək  haqqlarını  ala   bilməyiblər. 
  • Şəmkir  bələdiyyəsinin  təsisçiliyi   ilə  yaradılmış  «Ceyrançöl-1» MMC  yenə   10  illiyinə  4   milyon  502  min   manat  kredit  götürüb, dövlətə  vaxtlı-vaxtında  hesabat   verməyib, bu  külli  miqdarda   pulun  əvəzinə  Ceyrançölündə   kələm, pomidor, brokoli  əkdirərək  yüz   min  manatlarla  zərər   edib, sonra  şəkər  çuğunduru   əkib,  həkimləri,  müəllimləri,   tibb  işçilərini,  uşaq   bağçası  və  s.   idarə  təşkilatları  pulsuz   işlədərək  onların  zəhmətindən faydalanıb,  krediti   mənimsəyib. İqtisadiyyat   Nazirliyinin  Sahibkarlığa  Kömək   Fonduna,  «Atabank"a  borclar   ödənməyib.
  • Şəmkir  bələdiyyəsinin  təsisçiliyi   ilə  yaradılmış  «Morul-Tikinti»  MMC-yə   1  milyon  200   min  manat  kredit   götürülüb, bu  gün  heç   bir  fəaliyyət və mənfəət  yoxdur. Kölgəli  iqtisadiyyatla  məşğul   olunub. Bu  vəsaitləri  bələdiyyənin   məktubu  ilə  «Atabank"dan   ayrılmışdır.
Atalar  deyib: «Su   səhəngi  suda  sınar».
Son  söz  məhkəmənindir».
 
 
Bəhlul Orucoğlu
Araşdırmaçı-jurnalist,
Azərbaycan  Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 
Qarabağ Müharibəsi Veteranı,
Ehtiyatda olan ədliyyə mayoru,
Şair-publisist  


Ana səhifəyə qayıt        Baxış: 3 300          Tarix: 3-08-2020, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma