Xəbər lenti
Bu gün, 19:25


Həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılıb.

A.Qeybullanın Modern.az-a verdiyi məlumata görə, T.Yaqublunun ailəsinin müraciəti əsasında onun tərəfindən həbsxanada müayinə edilməsinə icazə verilib:

"Tofiq Yaqublunu ümumi müayinə etdik, sanitar-tibbi hissənin həkimləri də orada idi. Əlbəttə, mən həkim kimi onun aclıq aksiyasını dayandırmasını təklif etdim.  Lakin o, aksiyasını  davam etdirəcəyini bildirdi. Biz ona venadaxili infuziya etdik, bəzi vitaminlər köçürdük, ilk tibbi yardım göstərdik. Huşu yerindədir, bizimlə danışdı, ona bəzi zəruri tibbi məsləhətlər də verdim".

Qeyd edək ki, T.Yaqublunun ailəsi və vəkilləri onun aclıq etdiyini açıqlayıb.

Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib.


Ana səhifəyə qayıt        Baxış: 2 983          Tarix: 11-09-2020, 22:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma