Xəbər lenti


Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Ülfət Həsənov 25 erməni əsgərini bir neçə dəqiqənin içində məhv etməsi ilə bağlı xatirələrini bölüşüb.

BAKU.WS xəbər verir ki, xüsusi təyinatlı hərbçimiz "YouTube" kanalına müsahibəsi zamanı əməliyyatda üzləşdiyi çətinliklər, düşmən hərbçiləri necə öldürməsi və yaralanmasından danışıb.

"Üzərimdə çoxlu qumbara var idi. Bir anlıq fikirləşdim ki, erməni hərbçiləri qumbara ilə öldürüm. Sonra qərara aldım ki, görüm bunlar hara qədər gedəcəklər. Əvvəlcə üzərimdəki səsboğucunu çıxarıb avtomatıma bağladım, darağı da yerinə taxdım. Həmin vaxt məndən çoxlu tər gedirdi, həddən artıq həyəcanlı idim.

Bir müddətdən sonra silahı onlara tərəf tutaraq bir-bir düşmənləri öldürməyə başladım. Erməni hərbçilər öldürülməyə başladıqca bir-birilərindən xəbər tuturdular. Əyilmişdim və cəld şəkildə onlara atəş açırdım. Yuxarıdan çəkiliş də var idi. İrəlidə gedən ermənilərin bir hissəsi də minaya düşdülər və bu yolla qırıldılar. Digərləri isə ortada qalmışdılar. Onlar isə aşağıdan pulemyotlarla öldürüldülər.

Meşədə qan su yerinə axırdı. Qarın içində qırmızı rəng daha aydın görünürdü. Şükürlər olsun ki, tapşırıq uğurla yerinə yetirilmişdi. Həmin vaxt ağaca yaxınlaşanda bir erməni əsgərin yaralı olduğunu gördüm. Həmin vaxt o qədər partlayış baş vermişdi ki, qulağımdan qan gəlirdi. Ermənidən qabaq atəş açmaq istəyəndə gülləkeçirməyən gödəkçə bir az yuxarı qalxdı və onun açdığı atəş qarın nahiyəmdən məni yaraladı. Əvvəlcə hiss eləmədim, sadəcə bir az ağırlaşmışdım.

Hərbçi yoldaşlarım mənə dedilər ki, ay Ülfət, yaralanmısanmı? Dedim, yox, dedilər ki, axı üstün qan içindədir. Dedim ki, ermənilərin qanıdır üstümdə. Əlimi qarın nahiyəmə vuranda qanın içində olduğunu gördüm və başa düşdüm ki, güllə yarası almışam".






Ana səhifəyə qayıt        Baxış: 2 967          Tarix: 14-09-2020, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma