Xəbər lenti
Dünən, 19:25


Xəbər verdiyimiz kimi, dünən Şüvəlan çimərliyində suiti cəsədlərinin aşkarlanması ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, Şüvəlan çimərliyinin ərazisində ölmüş suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların ov silahı ilə vurulmadığı müəyyən edilib:

“Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəllərində Xəzər dənizinin Kalmıkiya sahillərində Xəzər suitilərinin naməlum səbəblədən kütləvi ölümü baş vermişdi və onların cəsədlərinə hətta Xəzər dənizinin Azərbaycan hissəsinin şimal sahillərində də rast gəlinmişdi.

Bu suiti cəsədlərinin də ləpə vasitəsilə Azərbaycan sahillərinə çıxdığı ehtimal olunur”.



Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 1-01-2021, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma