Xəbər lenti

 
“Bura İlham Əliyev tərəfindən 6 ildir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin olunan Saleh Məmmədovun yeni otel-malikanəsidir”. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Həbib Müntəzir yayıb.
 
Məlumata görə, malikanə Gəncə-Hacıkənd yolunun üstündə, Göygöl rayonunun Aşıqlı kəndi yaxınlıqda tikilib. “Yol 2 il öncə genişlənməyə başlayanda tikdirməyə başlamışdı. 3 hektardan çox olan ərazidə "Tərəqqi" ordeni almış Saleh Məmmədova məxsus otel, restoran, yanacaqdoldurma məntəqəsi və koteclər də fəaliyyət göstərir.


 
Ölkədəki bütün SMS adlı yanacaqdoldurma məntəqələri Saleh Məmmədovundur. SMS mənası isə yol oliqarxının ən kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun ad, soyad və atasının adlarının baş hərfləridir.
 
Keçən il dövlət zəmanəti ilə xaricdən borc alan ən iri şirkət AAYDA olub: 3 milyard 578 milyon 300 min dollar. Qaytara bilməyəndə də, dövlət büdcəsindən, sizin cibinizdən ödəyəcəklər”, - Həbib Müntəzir facebook paylaşımında belə yazıb.


Ana səhifəyə qayıt        Baxış: 6 385          Tarix: 10-02-2021, 09:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma