Xəbər lenti


Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Siyahıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2 881 nəfərin,

eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!






Ana səhifəyə qayıt        Baxış: 2 728          Tarix: 2-03-2021, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma