Xəbər lenti
Tanınmış iş adamı, iqtisadçı Nazim Bəydəmirli "Baku Steel Company" MMC-nin rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.

O, "AzPolitika.info"-ya bildirib ki, üç saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı adıçəkilən qurumun vəzifəli şəxslərinə məlumat verdiyini deyib: "DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır".

İş adamı 2012-ci ildə R.Məmmədov tərəfindən sahibi olduğu "Atahan Dəmir Sənaye" müəssisəsinin fəaliyyətinin dayandırıldığını və nəticədə 5 milyon manatdan artıq ziyana düşdüyünü bildirib. 

"Qoçu dəstəi ilə hücum çəkib əmlakımızı dağıdıblar, kameraları sındırıblar və mənin telefonumu əlimdən alıblar. Bütün bunlar yerli mətbuatın gözü qarşısında baş verib" - deyə, iş adamı vurğulayıb.

Bəydəmirli DTX-ya müraciət edərək, cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermək istədiyini bildirib. O, mətbuata açıqlamasında deyib ki, uzun müddətdir, onun şikayətləri araşdırılmayıb: "Çünki o törətdiyi qanunsuzluqları yüksək vəzifələrdə çalışan məmurların adı ilə edirdi. Mən o zaman, Rasim Məmmədova dedim ki, Afrikaya köçsə də əlimdən alınana əmlakımın və pulumun arxasından gedəcəyəm. Çünki mən onu halal yolla qazanmışam. Ölkə rəhbərliyi də məni halal, dürüst iş adamı kimi tanıyır".

Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də DTX tərəfindən həbs edilib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, R. Məmmədov satış üzrə "Baku Steel Company" MMC-yə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Ana səhifəyə qayıt        Baxış: 2 383          Tarix: 2-03-2021, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma