Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Dövlət Gömrük Komitəsinin (DGK) yeni binası Komitənin büdcədənkənar vəsaiti hesabına inşa ediləcək.
“Report”un məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bəzən bir ildə DGK 8 milyon manat, bəzən 10 milyon manat, bəzən də 15 milyon manat büdcədənkənar əlavə vəsait toplanır. Bu vəsait də Dövlət Gömrük Komitəsinin daha da inkişaf etdirilməsinə yönəldilir. Bu vəsait gömrük orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına yönəldilir.
O qeyd edib ki, bu gün DGK-nın yeni inzibati binasına ehtiyacı var: “Siz görsəniz ki, bu gün bəzi əməkdaşlarımız hansı şəraitdə işləyir. Bəzi idarələrin əməkdaşları icarədə otururlar. Onların hamısının bir yerdə oturması daha münasib olardı”.
S. Mehdiyev deyib ki, Komitə artıq bu günə qədər 30 milyon manat smeta və satınalma tenderlərini həyata keçirib: “Zaman keçdikcə, bu inzibati binanın tikintisinə büdcədənkənar vəsait hesabına inşa etdiriləcək”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar