Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
“İndi tankların əvəzinə çöllərdə ekskavatorlar gedir, kəşfiyyatçıları isə yerölçənlər əvəzləyib. Amma qaçqınlar hələlik öz kiçik vətənlərinə dönə bilmirlər. Başlıca sual-azərbaycanlılarla ermənilərin yenidən qonşuluqda yaşaya biləcəyi sualı isə hələ də cavabsız qalır”,-bunlar Rusiyanın RBK agentliyinin əməkdaşı Artem Poteminanın Qarabağdan hazırladığı
reportajdandır. Potemina bu günlərdə bir qrup xarici jurnalistlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazilərində olub, orada gördüklərini yazıb.
Reportajda deyilir ki, ötən ilin sentyabrında Qarabağda müharibə başlayanda Ermənistan daxili siyasi böhrana yuvarlandı, Azərbaycan cəmiyyəti isə əksinə, birləşdi.
Rusiyalı jurnalist Azərbaycan hakimiyyətinin xarici jurnalistlərin Qarabağa səfərini təşkil etdiyini xatırladır. Və bildirir ki, Rusiya, Türkiyə, hətta Yaponiyadan olan jurnalistlərə şəhərləri, daha doğrusu onlardan geriyə qalan viranəlikləri nümayiş etdirirlər. Bu ərazilərdə 30 ilə yaxındır heç kim yaşamayıb, şəhərlər, kəndlər dağıdılıb. “Amma Bakıda əmin edirlər ki, tezliklə hər şey dəyişəcək və bu torpaqlara dinc həyat geri dönəcək”,-reportajda vurğulanır.
Jurnalist daha sonra Laçına səfərini təsvir edir. Bildirir ki, Laçına aparan yol Rusiya sülhməramlı qüvvələrinin blok-postundan keçir. Komandanlığın icazəsi olmadan onlar blok-postları çəkməyə icazə vermirlər. Amma danışıqlardan sonra jurnalistləri aparan avtobusun dəhlizdən keçməsinə razılaşırlar.
Daha sonra jurnalist Laçın rayonundakı monastrdan danışır, bildirir ki, Qarabağ münaqişəsinin başlamasından etibarən alban-udin icması bu monastra ikinci dəfədir ibadət üçün baş çəkir. “Onların sözlərinə görə, bu qədim məbəd 6-cı əsrə aiddir və Ağoğlan adlanır. Divarlardakı erməni xaçları isə sonradan yerləşdirilib”,-rusiyalı jurnalist qeyd edir.
Alban-udin icmasının sədrinin müavini Rafik Danakari deyir: “Biz alban-udinlər xristianlığı birinci əsrdə qəbul etmişik. Apostollarımız müqəddəs Varfolomey və Yelisey olub...Biz 30 ilə yaxındır işğal altında olan monastrlara və kilsələrə baş çəkə bilmirdik”.
Jurnalistin sualı: “Əgər ermənilər bura gəlmək və ibadət etmək istəsələr bu mümkün olacaqmı?”. Danakari deyir: “Biz hamımız Xristə inanırıq, qardaşıq və biz ermənilərə demirik ki, bura gəlməyin. Lakin onlar bilməlidir ki, bura alban-udin kilsəsidir”.
Reportajda jurnalistin Füzulidə gördükləri də təsvir edilir. Bildirilir ki, ermənilər geri çəkilərkən bu torpaqlarda minlərlə mina qoyub gediblər. Ona görə də indi bu yerlərdə ancaq müəyyən edilmiş cığırlarla hərəkət etmək olur, bir addım sağa, yaxud sola-ölümdür.
Jurnalist qeyd edir ki, Prezident İlham Əliyev xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ərazilərin bərpası planları haqda danışıb, bu işə artıq 1 milyard manat ayrıldığını deyib. Prezident ilk növbədə dost ölkələrin şirkətlərinin ərazilərin bərpası üzrə layihələrə cəlb olunduğunu bildirib.
Jurnalit Füzulidə tikilməkdə olan aerportdan da danışır. Bildirir ki, aeroportdan Şuşaya qədər 55 kilometrlik sürətli avtomobil yolu çəkilir. “Azərbaycan ordusu məhz bu yolla Şuşaya hücum edib. Füzulidə yeni elektrik stansiyası da tikilir ki, gələcəkdə o bir neçə rayonu elektriklə təmin edəcək”,-rusiyalı jurnalist bildirir.
Virtualaz.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar