Xəbər lenti


Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda işgüzar səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçoku arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

C.Bayramov həmkarını Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 713          Tarix: 17-03-2021, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma