Xəbər lenti


 
 
Azərbaycanda hardasa bütün iri məmurlar hansısa “quş”un qurbanı olurlar. Yanlış anlamayın, burda söhbət həqiqi quşdan getmir. Söhbət ondan gedir ki, Azərbaycan hakimiyyəti 30 ildir məmləkəti talayan bu korrupsionerlərə gözün üstə qaşın var demir. Təki, hansısa məclisdə quşlamasınlar. Ağızlarından “quş” buraxan kimi heç birinin göz yaşına baxılmır, dəhral ya işdən qovulurlar, ya da 30 ilin “yorğunluğunu” uzun müddətli həbsdə çıxarırlar. Hər iki halda isə 10 illər boyu topladıqları sərvət gözlərindən gətirilir. 
 
İddialara görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə də quş qurbanı olub. Amma, bu dəfə o, digər Azərbaycan məmurundan fərqli olaraq dırnaqarası yox, həqiqi quşlara qurban gedib. Ən maraqlısı isə odur ki, Əhməd Əhmədzadəni loru dillə desək, “baqaj”a qoyan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub. Hər halda Azərbaycan 24 saytının əldə etdiyi məlumatlar belə düşünməyə əsas verir.
 
Ovqat.com Əhməd Əhmədzadənin quşu barədə məlumatı təqdim edir.
 
Prezident İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadəni gözlənilmədən vəzifədən azad etməsi ciddi suallar doğurub.


 
Azərbaycan 24 tam olaraq 28 ildir vəzifədə olan və ölkənin ən zəngin isimlərindən birinin ‘laxladılmasınının’ detalları ilə maraqlanıb. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə səbəb Qax rayonu ərazisində bir neçə gün əvvəl ərəb turist-ovçularla bağlı ölkə ictimaiyyətini qəzəbləndirən hadisə olub.
 
Saytımıza daxil olan məlumata görə, Zaqatala və Qax rayonuna Əhməd Əhmədzadənin qohumları başçılıq edir və bu rayonlar onun kurasiyasındadır. Əhməd Əhmədzadə özü də Qax rayonundandır və burada, eləcə də qonşu ərazilərdə çoxsaylı turizm obyektləri və villaları var.
 
Əhməd Əhmədzadənin həmçinin Dubay və buradakı ərəb iş adamları, rəsmilərlə geniş əlaqələri, həmçinin Dubayda mülkləri var. Qax rayonu ərazisində özbaşınalıq edən ərəblərə də  məhz onun hamilik etdiyi və şərait yaratdığı söylənilir.  Əvvəlcə bütün barmaqlar Kəmaləddin Heydərova tuşlansa da, fövqəlnazir bu dəfə də   ‘kəfəni yırtıb’ və məsələnin əslini yuxarılara təqdim edib.
 
Bildirilir ki, Qaxda Azərbaycan təbiətinin incilərinin ərəb ovçulara ‘peşkəş’ edilməsi ölkə rəhbərliyinin səbrini daşırıb və Əhməd Əhmədzadənin yola salınmasına qərar verilib. Yaxın zamanda Qax və Zaqatala icra başçılarının da vəzifədən azad ediləcəyi gözlənilir.
 
Bunlar öz yerində. Sən demə, adi bir quşun qurbanı olan Əhməd Əhmədzadə Süleyman peyğəmbərdən belə zəngin imiş. Onun bu sahədə yeganə zəif nöqtəsi Süleyman peyğəmbər kimi quş dili bilməməsiymiş. Nəsimi demişkən:
 
“Hər kəs Nəsimi sözünü fəhm edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq”.


 
Əhməd Əhmədzadənin Süleyman peyğəmbərə meydan oxuyan topdağıtmaz mülkləri
 
 
 
VİLLA və MƏNZİLLƏR
 
Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;
 
Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;
 
Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;
 
Kiprdə dəbdəbəli malikənə;
 
Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;
 
Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;
 
Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;
 
Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.


 
HOTELLƏR və RESTORANLAR:
 
Qaxda “El Resort” otel kompleksi;
 
Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;
 
İlisu kəndində “Yaşıl Park” otel kompleksi;
 
“Səngər Qala” otel kompleksi,
 
“Ulu Dag” oteli,
 
Qax rayonu, Eden Park Hotel;
 
Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.
 
Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı
 
Bakıda “Sakura Yapon mətbəxi” restoranı


 
YERLİ ŞİRKƏTLƏRİ və OBYEKTLƏRİ:
 
Qax Fındıq Zavodu;
 
Qax rayon taxıl məhsulları kombinatı;
 
Qax Rayon Avtovağzalı;
 
“ULUYURD” şirkətlər qrupu:
 
“Advisors CO.” şirkəti;
 
“Proyekt”, MMC şirkəti;
 
“Çağdaş“ MMC şirkəti;
 
“Elit-R1“ MMC şirkəti;
 
“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;
 
“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;
 
“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;


 
XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ:
 
Çexiyada “ALPS s.r.o.” şirkəti;
 
İngiltərədə “GYUNEL LİMİTED” şirkəti
 
İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət
 
Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti
 
Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur.


Əhmədzadənin də öz klanı var

 
VƏZİFƏDƏ OLAN YAXIN QOHUMLARININ BİR HİSSƏSİNİN ADI:
 
Qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
 
Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;
 
Rəşad Əhmədzadə polis orqanlarında Bölmə rəisi;
 
Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;
 
Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;
 
Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi və s.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 15 026          Tarix: 3-04-2021, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma