Xəbər lenti


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin arxiv fotosu yayımlanıb.

Ovqat.com xəbər verir ki, şəkli "”modern.az” saytı sabiq səfir Vəhdət Sultanzadə vasitəsilə əldə edib.

Biz şeyxi adətən din xadimlərinin geyimində - əba və çalma papaqla görürük. Yəni Allahşükür Paşazadə rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimdə olur. Adi günlərdə isə dindarların vahid geyim formasından istifadə edir.
Şəkildə əsas diqətçəkən məqam isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qalstuklu olmasıdır, bunu da yəqin ki, indiyə kimi çoxları görməyib.



Şəkillə bağlı qısa xatirəsini bölüşən Vəhdət müəllim bildirib ki, bu görüş 1970-ci illərdə baş verib:
"Onda Allahşükür Paşazadə hələ şeyx deyildi, mən də səfir… Biz çox uzaq illərin dostlarıyıq.. Lap gənc yaşlarımızdan yaxın olmuşuq. Şəkli də Allahşükür Paşazadə tələbə olarkən çəkdirmişik”.
İndi Vəhdət Sultanzadənin 85, Allahşükür Paşazadənin 72 yaşı var.
Qeyd edək ki, Vəhdət Sultanzadə 28 ildən artıq müddət ərzində Əfqanıstan, İran, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif vəzifələrdə çalışıb, Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən yüzlərlə məqalənin və onlarla kitabın müəllifidir.



Ana səhifəyə qayıt        Baxış: 3 701          Tarix: 19-04-2021, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma