Xəbər lenti
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
“Dünən Azərbaycan hərbçiləri Zəngəzur rayonunun Xoznavar kəndi istiqamətində 1,5 kilometr irəliləyiblər”.
Ovqat.com xəbər verir ki, kənd icmasının rəhbəri Varo Qriqoryan bu gün keçirdiyi mətbuat konfransında bu barədə bildirib.
Onun sözlərinə görə, əsgərlərimiz hazırda kənddən 2,5 km. aralıda dayanıblar.
Qeyd edək ki, sərhədlərimizin delimitasiyası çərçivəsində əsgərlərimizin apardıqları iş Ermənistanda birmənalı qarşılanmır və istər yerli əhalinin, istərsə də erməni silahlı qüvvələrinin sərt reaksiyasına müşahidə olunur. Səbəb isə 30 illik işğal zamanı bizim torpaqları özününkü zənn edən ermənilərin necə gəldi məskunlaşmasıdır.
Azərbaycan Silahlı Qüvvələri hələ ki ermənilərin sərhədlərimizə basqınlarına səbr yanaşır, adekvat tədbirlər görmürlər. Bu da qarşı tərəfi sərhəd pozuntularına həvəsləndirir. Amma vəziyyətin belə davam edə bilməyəcəyi də ortadadır. Görünür, erməni basqınçıları sərhəd qanunvericiliyi çərçivəsində sərt cəzalandırılmasalar, ağılları başlarına gəlməyəcək.
Məlumata görə, Xoznavar kəndi Çar Rusiyası zamanı Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına tabe idi. Əsl adı isə Xəzinəvardır. İndi Gorus rayonuna aid olan kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar məskunlaşmışdı. Kəndin taleyi 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra dəyişdi. Xəzinəvara İrandan köçürülən ermənilər yerləşdirildi və kənd erməniləşdirildi. Adı da mahiyyətinə uyğun olaraq dəyişib Xoznavar oldu.
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşayırdı. 1918-ci ildə isə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq yurd-yuvalarından didərgin salındılar. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.
Xəritədən də göründüyü kimi, kənd Azərbaycan sərhədinin tam yanında yerləşir. Qara gölün hardasa 20-30 km-də yerləşməsi Azərbaycan əsgərlərinin delimitasiya fəaliyyətinin tədricən Xəzinəvara qədər irəlilədiyini göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar