Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ermənilərin iddiasına görə, Azərbaycan tərəfi ilə beşgünlük danışıqlar başa çatıb. Bildirilir ki, erməni tərəfi danışıqlarda müsbət nəticə əldə edib və mayın 17-də Azərbaycan Silahlı Qüvvələri Zəngəzur bölgəsindəki Qara göl ərazisini tərk edəcək.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin deputatı Naira Zohrabyan öz Facebook səhifəsində yayıb.
Danışıqlarda Ermənistanı ölkənin Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı rus "sülhməramlı"larının generalı Rüstəm Muradovun təmsil etdiyi bildirilir.
Azərbaycan tərəfi bu iddialara hələ də aydınlıq gətirməyib. Mümkündür ki, düşmənin irəli sürdüyü iddialar sırf təxribat xarakteri daşısın və xalqımıza qarşı planlaşdırılan ideoloji savaşın tərkib hissəsi olsun. Rəsmi Bakı ermənilərin hibrid savaşının ağır nəticələr törədə biləcəyini nəzərə alıb dərhal bu müəmmalara aydınlıq gətirməlidir.
Digər bir məlumata görə, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhəddəki gərginliklə əlaqədar ölkənin Təhlükəsizlik Şurasının geniş tərkibdə toplatınısını keçirib. İclas iştirakçıları Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsi üzrə danışıqlar prosesini müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, iclas iştirakçıları Azərbaycanla sərhəddə vəziyyətin nizamlanmasına dair danışıqlar, həmçinin Ermənistanın “suveren ərazisinin toxunulmazlığı”nın təmin edilməsinə yönəlmiş məsələləri müzakirə ediblər.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri toplantıda iddia ediblər ki, mayın 12-də Azərbaycan qoşunları Zəngəzur vilayətindəki Qara göl yaxınlığında sərhədi keçməyə çalışıb. “Bəhanə” isə sərhədlərin dəqiqləşdirilməsi olub və bu istiqamətdə müəyyən işlər görməyə cəhd göstərilib. Guya, erməni bölmələrinin həyata keçirdikləri tədbirlərdən sonra Azərbaycan hərbçiləri öz işini dayandırıblar. Vəziyyətin nizama salınması üçün danışıqlar aparılır və Rusiya hərbçiləri də hadisə yerinə gəlib.
Erməni iddialarına görə, mayın 13-də Azərbaycan Silahlı Qüvvələri yenidən "sərhədlərin dəqiqləşdirilməsi" adı altında Sisyan və Vardenis istiqamətində də irəliləməyə çalışıb. Elə həmin gün hökumət başçısının səlahiyyətlərini icra edən nazir xarici işlər nazirlərinə, Müdafiə və Təhlükəsizlik nazirliklərinə KTMT çərçivəsində Zəngəzur vilayətindəki vəziyyətlə bağlı məsləhətləşmələrin başlanmasını tapşırıb. Üzərindən 3 gün keçəndən sonra Azərbaycan ordusunun Qara gölü tərk etməklə razılaşdığı xəbər verilir. Lakin erməni mənbələrindən bəziləri Azərbaycanın həmin əraziləri qeyd-şərtsiz tərk etməyəcəyini bildirirlər. Gorus Bələdiyyə sədrinin müavini Menua Hovsepyan "Radiolur" a verdiyi açıqlamada Azərbaycan tərəfinin bəzi ilkin şərtlər irəli sürdüyünü artıq etiraf edib.
Şərtlərin nədən ibarət olduğu barədə hər hansı informasiya verilmir. Bununla belə, rəsmi Bakının İrəvandan tələb edəcəyi güzəştlərin siyahısı o qədər də çox deyil. Əvvəla, hələ də Ermənistanın işğalı altında qalan ərazilərimiz var. Naxçıvanın Kərki, Qazaxın 7 kəndi öz xilasını gözləyir. Digər tərəfdən, Azərbaycan Naxçıvana kommunikasiya yollarının açılmasını da erməni tərəfindən tələb edə bilər. Üstəlik, Dağlıq Qarabağı işğaldan azad etdikdən sonra başlanacağı nəzərdə tutulan sərhədlərimizin delimitasiyası və demarkasiyası nəticəsində İrəvanı Mehriyə, Gorusa və İrana bağlayan bir çox yollar Azərbaycanın nəzarətinə keçəcək. Sözsüz ki, Naxçıvana dəhlizin açılmaması bizim də həmin yolları bağlamamızla nəticələnə bilər.
Bütün bu məlumatların fonunda bir də Naxçıvan Qarnizonunun müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təliminə başlaması təsadüfə bənzəmir. Mayın 20-nə qədər davam edəcək həmin təlimlər sadəcə hərbi sayıqlığı artırmaq üçün nəzərdə tutulmaya da bilər. Mümkündür ki, növbəti mərhələdə Naxçıvanın təbii qalası sayılan Kərki işğaldan azad olunsun.
Zəngəzurun keçmiş valisi, “Dirçəlişməkdə olan vətən” partiyasının lideri Vahe Hakobyanın Tert.am-a verdiyi açıqlamasında isə iddia olunur ki, Azərbaycan əslində Qara göldən geri çəkilməyib. İddiaya görə, rus “sülhməramlı” generalı Rüstəm Muradovun vasitəçiliyi ilə göl ətrafında 8 gözətçi postu yaradılıb. Postlardan 4-ü Azərbaycanın, digər 4-ü isə Ermənistanın nəzarətində olacaq. Hər postda 15 əsgər dayanacaq.
Ermənilərin məlumatına görə, Azərbaycanın irəli sürdüyü şərtlərin müzakirəsi daha 2 gün davam edəcək.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar