Xəbər lenti


Azərbaycan əsgərinin Xəzinəvar kəndi ətrafındakı sərhəd məntəqəsində delimintasiya işlər aparmasının xəbəri yayılar-yayılmaz ermənilər başını götürüb kənddən qaçıb. 

Ovqat.com-un Ermənistan telekanallarından birinin (Armenia Today) Xəzinəvardan hazırladığı reportajdan belə anlaşılır.

Jurnalistlə danışan kənd sakinlərindən Sevada Alaverdyan deyib: “Biz heç kimə lazım deyilik, heç kimlə əlaqə saxlaya bilmirəm, heç kim zənglərimə cavab vermir. 2 saat ərzində kənddə bir uşaq belə qalmadı, yalnız bir kişi və iki qadın qalmışıq".

Kənd sakini Vrej Abrahamyan isə deyib ki, kənddən bir az aralıda bir hərbçi görüb. Özününkülərdən zənn edib. Yaxınlaşıb vəziyyəti xəbər alıb: “Amma məlum oldu ki, əsgər türkmüş, əmrləri icra etdiklərini bildirdi”.

Vrej Abrahamyan həmçinin qeyd edib ki, kənddə yalnız bir su təchizatı mənbəyi var, digəri və əsas su mənbəyi isə praktiki olaraq düşmən qüvvələrinin nəzarəti altındadır.

Erməni sakinin fərqində olmadan etdiyi etiraflar Azərbaycan əsgərinin mülki şəxslərə nə qədər ehtiramla yanaşdığını təsdiqləyir. Bəli, budur Türk fərqi. Tarix boyu ona xəyanət edən, qanını içməyə hazır olan, bənzəri görünməmiş metodlarla qətliama məruz qoyan, indi belə torpağına göz dikən erməni sivillərinə qarşı nəzakətlə davranmaq yalnız Türk millətinə və əsgərinə xas ola bilər. “Məzlum qarşısında alçaqkönüllü, zalım qarşısında qətiyyətli” xüsusiyyəti ilə “Allahın ordusu” adını qazanan əsgərlərimizə eşq olsun.

Böyük Türk şairi Yəhya Kəmalın aşağıdakı sözləri sanki mənim əsgərimin əyninə biçilib:

"Şu kopan fırtına Türk ordusudur yâ Rabbi.
Senin uğrunda ölen ordu, budur yâ Rabbi.
Tâ ki yükselsin ezanlarla müeyyed nâmın,
Galib et, çünkü bu son ordusudur İslâm'ın."

Reportaji Telegram səhifəmizdən izləyə bilərsiniz⤵️

https://t.me/ovqatcom/7768





Ana səhifəyə qayıt        Baxış: 5 543          Tarix: 21-05-2021, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma