Xəbər lenti
27-11-2024, 19:25
 

Azərbaycan ordusunun sərhədlərin delimitasiyası siyasəti çərçivəsində erməni əsgərlərini qovma görüntülərində ortaya çıxan bəzi geçəkliklər düşmənin sosial media orqanlarında ciddi polemikalara yol açır. Belə ki, demək olar bütün video-görüntülərdə diqqəti xüsusilə 2 məqam çəkir. 
 
Bax: https://t.me/ovqatcom/7969
 
Əvvəla, Azərbaycanla sərhəddə dayanan erməni qüvvələrinin böyük əksəriyyəti yaşlı insanlardan ibarətdir. Erməni təbliğat maşını bu fakta istinad edərək bildirir ki, yaşlı əsgərlər torpağı qorumaq əvəzinə, postlarda əyyaşlıqla məşğul olurlar. 
 
Qeyd edək ki, bu iddianı bir müddət əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı rəsmi açıqlaması da təsdiqləyir. Açıqlamada bildirilirdi ki, erməni postlarındakı əsgərlər axşamlar yüz-yüz vurduqdan sonra qeyrətə gəlir və bizim postlarımızı atəşə tuturlar. Adətən, belə insidentlər baş verəndə rus “sülhməramlıları” araya girib bizimkilərdən “ermənilərin günahını sərxoşluğuna keçin” ricasında bulunurlar. Bizim DSX da rusların “sülhməramlı” xahişini nəzərə alıb düşməni bağışlayırlar.
 
Rəsmi şəkildə bəyan edilən və açıq tezislə Rusiyanın “sülhməramlılığını” şübhə altına alan bu açıqlama bir daha sübut edir ki, sərhəddə yaşanan insidentlərin böyük əksəriyyəti erməni sərxoşluğundan qaynaqlanır. Üstəlik, bunu onların özləri də etiraf edirlər. Bu etiraflardan birini olduğu kimi nəzərinizə çatdırırıq: “Много свидетельств того, что они пьют спиртное на постах, как-то мы сами были свидетелями такой ситуации” (Onların (yaşlı erməni könüllülərinin) postlarda spirtli içki içməsinə dair çoxlu sübutlar var, biz özümüz də bu vəziyyətin şahidi olmuşuq).
Qaynaq: https://t.me/reartsakh/8733
 
Belə olduğu halda, bizim bəzi kosmopolit siyasətçilərin erməni yalanlarını əldə rəhbər tutub Azərbaycan əsgərlərini guya sərhədləri pozmaqda günahlandırmaları və sərt təndiq atəşinə tutmaları heyrət doğurur. Nədən ki, kosmopolitizm hələ düşmən dəyirmanına su tökmək demək deyil və ya olmamalıdır. Bizim vətənsevərlər əsgərlərimizi qınamaq əvəzinə, ordu yetkililərini rusun “sülhməramlı” xahişlərinə qulaq asdığına görə tənqid etsələr, daha doğru mövqe sərgiləyərlər. Axı, sərhəd qaydalarını kiminsə xahişi yox, hərbi qanunvericilik müəyyənləşdirməlidir. Bu qanunvericiliyə görə, sərxoşluğundan yaxud ayıqlığından və yaşından asılı olmayaraq istənilən sərhədpozucu söyüş və təpiklə yola salınmamalı, yerindəcə güllələnməlidir.
 
Onu da qəbul edirik ki, bizim kosmopolitlərin bu yanılqısında Azərbaycan Silahlı Qüvvələrinin düzgün qurulmayan informasiya siyasətinin də böyük rolu var. Zira Azərbaycan ictimaiyyəti sərhədlərdəki vəziyyətlə əlaqədar vaxtında məlumatlandırılmır və biz informasiyaları erməni tərəfindən alırıq. Düşmənin bizə sırıdığı məlumatlar isə özlərinə sərf edən şəkildə olur.
 
Erməni ultramillətçilərinin etiraz etdikləri digər məqam sərhədləri qoruyan düşmən əsgərlərinin təchizat yetərsizliyidir. Video-görüntülərdən aydın olur ki, erməni könüllüləri paslı vaqonlarda 5 günlük dünyanın keyfinə baxırlar. 
 
Necə olur ki, düşmən onları paslı vaqonlarda yaxalayır?  Dövlətin normal, daha gənc və peşəkar döyüşçüləri səfərbər etməyə pulu yoxdur? Bəlkə İrəvan hələlik bir neçə yüz avtobus almasın və bu pul bir çoxu üçün post gəzintisinə gedən yaşlı insanlara yox, normal kadrları təchiz etməyə sərf olunsun?”, - deyə, erməni separatçılarının əsas yayın orqanı kimi tanınan “Re:public of Artsakh” Telegram səhifəsi soruşur.
 
Erməni təbliğat maşını sərhəd qoşunlarında “təsəvvür olunmayacaq və ağıl sərhədlərini aşacaq səviyyədə nizam-intizamsızlığın hökm sürdüyünü” açıq şəkildə bəyan edirlər.
 
?@ovqatcom
 
Telegram (https://t.me/ovqatcom/7969)


Ana səhifəyə qayıt        Baxış: 5 958          Tarix: 27-05-2021, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma