Xəbər lenti
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
“Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Nurtaca əxqlaqsız hərəkətlər təklif edib. Buna görə Ucar Rayon Polis Şöbəsinə şikayət etmişik. Polis rəisi əvəzi İlham müəllim məni də, azyaşlı qızımı da çağırıb dindirdi və izahat aldı. Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov isə, bu barədə məlumatı olsa da heç bir tədbir görmür”.
Ucar rayonu Pirkənd kənd sakini 3-cü qrup gözdən əlil Həşimov Elmin Yaşar oğlunun Ovqat.com-a göndərdiyi şikayət məktubunda belə deyilir.
Məlumatın təfərrüatına keçməmişdən əvvəl bildirək ki, bu məktubu dərc edib-etməmək barəsində xeyli tərəddüd yaşadıq. Bəlkə məktəb direktoruna qarşı “qara piar” kampaniyası təşkil oluna və bu şikayət də məhz bu səbəbdən yazıla bilər, deyə. Sonunda heç bir valideynin “qara piar” üçün öz azyaşlından qızından istifadə etməyəcəyini və 60 yaşlı şorgöz direktorun təhsil ocağında qalmasının daha ciddi problemlərə yol aça biləcəyini nəzərə alıb məktubun dərcinə qərar verdik.
Məktubda təhsil ocağının adına ləkə salan hadisənin bütün təfərrüatı qələmə alınıb.
TƏFƏRRÜAT
“2007-ci il tarixdə anadan olmuş qızım Nurtac Ucar rayonu Pirkənd kənd ta orta məktəbin 8-ci sinifində oxuyur. 25 may 2021-ci il tarixdə dərsdə olan zaman qızım Nurtacı direktor Tapdıq İsayev öz otağına çağırıb. Qızım direktorun otağına daxil olanda ona deyib ki qapını ört, yaxın gəl. Direktor qızıma deyib ki, valideyinlərin kasıbdır, ancaq onlar bilməsin sənin oxumağına mən kömək edəcəm, sənə yaxşı qiymətlər yazdıracağam, ali məktbə daxil olmağına köməklik göstərəcəyəm.
Sonra direktor uşağın sinəsinə baxıb gözü ilə işarə edib deyib ki, sinəni aç, baxım. Uşaq qorxub qaçıb gəlib girib sinifə. Sinif müəllimi nə olduğun soruşanda qızım ondan icazə alıb ki, evə gedirəm.Evə ağlaya-ağlaya gəlib əhvalatı anasına danışıb. Anası deyib ki, bu barədə atana demə, atan onu öldürər.
Hətta məktəbli kiçik oğlum bunu eşidib intihar etmk istəyib. Mən bunu eşidib sarsıntı keçirdim. Qoca atam mənə yalvardı ki, özünü ələ al, səbirli ol. Atam direktoru görüb ona sözünü deyib və üzünə tüpürüb. Hərçənd ki, o etdiyi əxlaqsız hərəkəti boynuna almayıb”.
Şikayətçinin sözlərinə görə, Ucar Təhsil şöbəsinin müdiri “əxlaqsız” məktəb direktorunu müdafiə edir: “Hətta öz əxlaqsız hərəkətlərini sığortalamq üçün direktor Tapdıq İsayev məktəbin müəllimlərini də onu müdafiə etməyə məcbur edir. Onlar isə bunu etməyə məcburdular. Çünki məktəbdə anarxiya baş alıb gedir. Adı olan, özü olmayan siniflər, saxtakarlıqla yazılıb keçirilməyən dərs saatları, işə gəlməyib ciblərdə olan maaş kartları bütün məktəbi gözü kölgəli edib.
Mənim qızım Nurtac dərslərini yaxşı oxuyan savadlı və sağlam uşaqdır.
Əxlaqsızlıqla məşğul olan 60 yaşlı Tapdıq İsayevin məktəbdə direktor vəzifəsində işləməsi Azərbaycan təhsilinə ləkədir. Belə əxlaqsızın yeri zindan olmalıdır. Onun hazırda da bu vəzifədə qalması biabırçılıqdır.Bu hadisə bütün kəndi şoka salıb. Tapdıq İsayevin oğlu Nicat Bakı şəhərində Yol Polisi əməkdaşıdır.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Təhsil Naziri cənab Emin Əmrullayevə müracət ünvanlayıb xahiş edirəm şagirdə əxlaqsız hərəkət təklif etdiyi üçün Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayevin barəsində qanunu və ciddi tədbir görəsiniz”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar