Xəbər lenti
27-11-2024, 19:25

 
Ermənilərin Basarkeçər istiqamətindən Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması Azərbaycan Ordusunun müfaviq tədbirlər görməsini şərtləndirirdi. Müdafiə Nazirliyinin yaydığı açıqlamada vurğulanırdı ki, “baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”. Bu sözlərdən də aydın olurdu ki, Azərbaycan Ordusu öz əsgərinin qanını yerdə qoymayacaq və düşmənə adekvat cavab verəcək.
 
Ovqat.com-un məlumatına görə,  Ermənistan rəsmilərinin mediaya verdiyi açıqlamalar da bu ehtimalı təsdiqləyir.
 
 
Genişləndirilmiş Geghamasar icmasının rəhbəri Hakob Avetyan “Sputnik Ermənistan”a bildirib ki, bölgədə atışmalar hələ də davam edir. Mövqelərarası atışmalarda əsasən avtomat və pulemyotlardan istifadə olunur.
 
Erməni rəsmisi bildirir ki, atışmalar bir nöqtədə yox, Sotk və Kut kəndləri ətrafında müxtəlif istiqamətdə gedir.


Ana səhifəyə qayıt        Baxış: 5 911          Tarix: 23-07-2021, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma