Xəbər lenti
27-11-2024, 19:25

 
Rus əsgərləri Qazax rayonunun işğal altında olan Yuxarı Əskipara kəndinin qonşuluğunda keçid məntəqəsi qurublar.
 
Ovqat.com xəbər verir ki, məlumatı Telegram sosial şəbəkəsinin erməni seqmenti yayıb.
 
Ermənilər bunu təsdiq edən video da paylaşıblar. İddialara görə, post 2 gün əvvəl qurulub. Keçid postunun qurulduğu ərazi ermənilərin Voskepar adlandırdığı Əskipara kəndidir.

Video bu linkdə
 
Qeyd edək ki, Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri arasında ötən il 10 noyabrda bağlanmış üçtərəfli bəyanatda ölkəmizin işğal altında olan anklavlarının geri qaytarılması məsələsi də qoyulmuşdu. Sonradan ermənilər müxatəlif bəhanələrlə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırsalar da, Azərbaycan bu haqqını əldə etməyənədək sülhə yaxınlaşmaq mümkün olmayacaq. Bunu artıq ermənilər də, ruslar da başa düşür və çözüm yolu axtarırlar. Anklavların geri qaytarılması isə Ermənistanı xarici ölkələrlə nəqliyyat əlaqələrindən məhrum edə bilər. Çünki istər İranla, istərsə də Gürcüstanla tranzit xətləri məhz bu anklavların yanından keçir. Görünür, ruslar da sabah yaşanacağı qaçılmaz olan bu problemi həll etmək üçün indidən tədbirlər almağa başlayıblar.
 
Fəqət məsələ Əskiparada post qurmaqla bitmir. Üçtərəfli bəyanatda Ermənistanın Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrini açmaq barədə öhdəlikləri var. İrəvan bu öhdəlikləri yerinə yetirməsə, Əskiparada 100 keçid məntəqəsi qurulsa, Azərbaycan hakimiyyəti də rus basqıları ilə razılaşsa belə, ermənilərin həmin yollardan təhlükəsiz istifadəsini heç kim təmin edə bilməyəcək. Hətta nə qədər güclü görünməsinə baxmayaraq, rəsmi Bakı da. 
 
Azərbaycan hərb tarixinin Bakıdan gələn göstərişlərə məhəl qoymadan erməni işğalçılarının üzərinə igidliklə yürüyüb çoxsaylı silahlısını öldürən şəhid Mübariz İbrahimov kimi igidləri keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Kimsə təkcə rəsmi Bakı ilə razılaşıb məsələni istədikləri kimi yoluna qoymaq istəyirsə, gözlərinin şirəsini silib çox da uzaq olmayan tarixə nəzər salsınlar. Hesab edirik ki, bu tarix kifayət qədər ibrət dərsləri ilə doludur.
 
Heydər Oğuz,
Ovqat.com
 
 
 
 
 
 



Ana səhifəyə qayıt        Baxış: 6 796          Tarix: 5-08-2021, 18:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma