Xəbər lenti


Əli Rüstəm oğlu Quliyev “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin digər fərmanı ilə Rasim Hüseynbala oğlu Bağırov “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri təyin edilib.


Ana səhifəyə qayıt        Baxış: 2 930          Tarix: 10-08-2021, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma