Xəbər lenti
Dünən, 19:25

 
Rusiya Müdafiə Nazirliyi Azərbaycan rəsmilərinin “10 noyabr bəyanatına əməl et” çağırışına öz qanacağı səviyyəsində cavab verib.
 
Ovqat.com-un məlumatına görə, Nazirlik Ermənistandan Qarabağa göndərilən silah və sursatların videosunu yayıb.

Российские миротворцы обеспечили безопасный проезд 58-тысячного автомобиля через Лачинский коридор Нагорного Карабаха

 
Videoda açıq görsənir ki, Qarabağa göndərilən silahların keçirilməsinə rus “sülhməramlı”ları rəsmən icazə verir. Üstəlik, rəsmi məlumatda bunun “58 mininci avtomobil” olduğu da bəyan olunur. Düzdür, burada qəsd edilən maşın sayı, əlbəttə, həm hərbi, həm də qeyri-hərbi avtomobillərə şamil olunur. Digər tərəfdən rus əsgəri hərbi texnikada silah və sursatın aşkar olunmadığı barədə sülhməramlı kontingentin rəhbərliyinə guya, məruzə də söyləyir. Amma bütün hallarda söhbət hərbi texnikadan gedir və hadisənin bu cür təqdimatı ilə Azərbaycana hansısa mesajların verildiyi də ortadadır.



Video bu linkdə
 
Qeyd edək ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyi rus Rusiyanı 10 nayabr Bəyanatına əməl etməyə və Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini silahlandırmamağa çağırmışdı. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev “CNN-Türk”ə müsahibəsində də eyni tələbləri səsləndirmiş və Moskvanı öhdəlik borclarını yerinə yetirməyə dəvət etmişdi. Bütün bu iradlardan sonra Rusiya Müdafiə Nazirliyinin paylaşdığı video-görüntü rəsmi Bakıya “Əcəb edirik” cavabı kimdir.

Российские миротворцы обеспечили безопасный проезд 58-тысячного автомобиля через Лачинский коридор Нагорного Карабаха

Rəsmi Bakı 10 noyabr Bəyanatına birtərəfli qaydada əməl etməyin qanunazidd olduğunu, rus ordusunun dərhal Azərbaycan torpaqlarını tərk etməsi məsələsini beynəlxalq müstəvidə qaldırmalıdır. Ən əsası isə özünün hərbi müttəfiqlərini Azərbaycana dəvət edib anti-terror əməliyyatına başlamalıdır. 
 
“Qaradan artıq boya olmaz”.


Ana səhifəyə qayıt        Baxış: 6 470          Tarix: 17-08-2021, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma