Xəbər lenti
Dünən, 19:25

 
Qarabağın rus “sülhməramlı”larının işğalı altında qalan hissəsində uzun müddətdir ki, telekommunikasiya vasitələri fasilələrlə işləyir.
 
Ovqat.com xəbər verir ki, bölgədəki qeyri-qanuni inzibati qurumun “ombudsmanı” Gegham Stepanyan mediaya açıqlamasında belə deyib. 
 
Onun sözlərinə görə, bəzi icmalarda əhali telefonla danışmaqdan ümumiyyətlə məhrumdur. “Ombudsman”ın “araşdırması” nəticəsində məlum olub ki, Azərbaycan guya müxtəlif texniki vasitələrlə Qarabağdakı mobil rabitə sistemini və internetə çıxışı məhdudlaşdırır. 
 
Bu barədə şübhələrini “rus sülhməramlı”ların diqqətinə çatdırdıqlarını vurğulayan qondarma qurumun “ombudsmanı” dövlət orqanlarının “texniki imkanları yaxşılaşdırmaq və vəziyyəti düzəltmək üçün çalışdıqlarını”  bildirib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 874          Tarix: 27-08-2021, 18:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma