Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Rus “sülhməramlı”larının suverenliyimizi heçə sayan növbəti əməli üzə çıxdı
Dünən saat 22:26 radələrində Qarabağın işğaldan azad olunacağı günü gözləyən ərazisinin şimalında yerləşən mühafizə postlarından birində insident baş varib.
Ovqat.com xəbər verir ki, postda dayanan erməni terrorçusu ölümcül yaralanıb.
Məlumatı “DQR” adlı qondarma rejimin “müdafiə ordusu”nun mətbuat katibliyi yayıb. Verilən son informasiyalara görə, “terrorçu” artıq keçinib.
Məlumatda öldürülən erməni silahlısının 2002-ci il doğumlu Sarkis Jirayroviç Qriqoryan olduğu bildirilir. Onun kim tərəfindən vurulduğu haqqında heç bir bilgi yoxdur. Mümkündür ki, insident erməni terrorçularının daxili hesablaşmasının nəticəsidir. Hər halda məlumatdan bu nəticə çıxır. “Hazırda hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq aparılır”, - “Artsax müdafiə ordusu”nun məlumatında belə deyilir.
Qondarma istintaqın hansı nəticəyə gələcəyi bəlli olmasa da, bu məlumat Ermənistan tərəfinin 10 nayobr Bəyanatının tələblərinə məhəl qoymadığının növbəti sübutudur. Belə ki, Bəyanatın 4-cü bəndində açıq şəkildə göstərilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Bənddən də aydın olur ki, Rusiya “sülhməramlı”larının Qarabağda yerləşdirilməsi sırasında həmin ərazidə erməni silahlı qüvvəsi çıxarılmamalıdır.
Rəsmi Bakı Rusiyadan erməni terrorçusunun “müdafiə postu”nda nə iş gördüyünü aydın gətirməsini, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün Azərbaycan ərazisindən dərhal çıxmasını tələb etməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar