Xəbər lenti
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın növbəti dəfə birgə bəyanat imzaladığı bildirilir.
Ovqat.com-un əldə etdiyi təsdiqlənməmiş məlumatına görə, sayca üçüncü olan bu bəyanata əsasən, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 30-dək Xocavənd, Ağdərə və Xocalıya daxil olacaq, paralel olaraq Ermənistan Silahlı Qüvvələrinin qanunsuz silahlı birləşmələri geri çəkiləcək.
Birgə bəyanatda həmçinin bildirilir ki, keçmiş DQMV -nin bütün yer adları keçmiş vilayətin qanuni olaraq yerləşdiyi ölkənin yer adlarına dəyişdirilir.
Azərbaycan isə bunun əvəzində Qarabağ bölgəsindəki Rusiya sülhməramlı qüvvələrinin mandatı təsdiqləyir. Rus sülhməramlılarının müvəqqəti yerləşdirmə zonasındakı nəzarət bölgəsi də azaldılır.
Qısası, Rusiya sülhməramlı qüvvələri Martuni / Xocavənd, Martakert / Ağdərə və Xocalı kimi yaşayış məntəqələrindən çıxarılır, bunun səbəbi "həmin qəsəbələrdə yaşayan etnik ermənilərin daha az fəlakətlə üzləşməsi" göstərilir.
Qeyd edək ki, məlumat “RİA Novosti”də də dərc olunmuş, sonradan silinmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar