Xəbər lenti

 
Qış hələ gəlməyib, Qarabağ erməniləri isə indidən elektrik və istilik enerjisi ilə üz-üzə qalıblar. Soyuqlar düşdükcə, hara qaçıb daldanacaqları da bəlli deyil. Səbəb, bilirsiniz, nədir? – elektrik qıtlığı.
 
Ovqat.com-un məlumatına görə, ermənilərin işğal boyunca çaylarımız üzərində qurduqları 36 SES-dən 30-u 44 günlük Vətən müharibəsində bizim nəzarətimizə keçib. 
 
Bu stansiyalar işğal dövründə Qarabağın enerji tələbatının 53%-ni, Ermənistanın enerji təchizatının isə 7%-ni istehsal edirdi. İndi isə həmin elektrik mənbələri olmayacaq. Ermənistanın da Qarabağı elektriklə təmin etmək imkanı yox dərəcəsindədir. Əvvəla, onun özü xaricdən elektrik alır. İkincisi isə hətta elektriki olsa belə, bunu Qarabağa nəql edəcək infrastruktur yoxdur. Əvvəlki elektrik nəqli təsisatları isə bizim nəzarətimizdədir və yəqin ki, ermənilər bizim bayrağımızın altından keçməyənədək başbilənlərimiz məkrli düşmənin göz yaşına acıyacaq qədər rəhmdil də deyillər.
 
Qısası, Qarabağ ermənilərini çətin bir qış fəsli gözləyir. Bunu heç özləri də gizlətmirlər. Qondarma “DQR”in “rəsmi” Telegram səhifəsi yazır:
 
Əziz dostlar, müharibədən sonra “Artsax”da, bildiyiniz kimi, elektrik enerjisində ciddi problemlər var. Su elektrik stansiyalarının əksəriyyəti müvəqqəti işğal olunmuş ərazilərdə qaldı. İndi “Stepanakert”dəki ən böyük uşaq bağçası üçün iki generator almaqda köməyimizə ehtiyacımız var! Şəbəkə sıxlığı səbəbindən daimi fasilələr olduğu üçün uşaqlar işıqsız qalır və onlara yemək bişirmə imkanı da yoxdur”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 302          Tarix: 28-09-2021, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma