Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
İranın Azərbaycana qarşı hücumları öz nəticələrini verir.
Ovqat.com-un məlumatına görə, artıq Bakıdakı İmam Xameneinin ofisi bağlanıb.
İranın təzyiqləri davam etdikcə, İrana bağlı digər qurumların da bağlanacağı bildirilir.
Qeyd edək ki, Azərbaycan ictimaiyyəti İran dini lideri Ayətullah Xameneinin ölkəmizdəki nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın dərhal ölkədən çıxarılmasını tələb edirdi. İmam Xameneinin ofisinin bağlanmasını bu istiqamətdə atılmış ilk adıdm kimi qiymətləndirmək olar.
Məlumatı digər media qurumları da təsdiqləyib.
Giperssilka.ru-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, oktyabrın 5-i səhər saatlarından Bakıda Gənclik metrosu yaxınlığındakı Hüseyniyyə məscidi bağlanıb.
Məlumata görə, bu gün səhər saatlarında polis əməkdaşları məscidə yaxınlaşaraq hüseyniyyənin mühafizə xidmətindən ibadət məkanının açarlarını alaraq özünü da oradan çıxarıblar.
Qeyd edək ki, həmin məsciddə Ali Məqamlı Rəhbər Seyyid Əli Xameneinin Azərbaycan üzrə nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad imam-camaat olaraq fəaliyyət göstərirdi.
Yayılan məlumatlara əsasən, Seyyid Əliəkbər Ocaqnejadın fəaliyyət göstərdiyi İmam Xameneinin Azərbaycandakı ofisi də qapadılıb.
Məlumat üçün bildirək ki, son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda hər iki ölkənin rəhbərləri xəbərdaredici çıxışlar ediblər. İmam Xamenei sionist İsrail rejiminin regiona daxil edildiyini bildirərək, bunun gələcəkdə böyük fəlakətə səbəb ola biləcəyi barədə xəbərdar edib.
Azərbaycan Prezidenti İlham Əliyev isə Cəbrayıla səfəri zamanı etdiyi çıxışında ittihamları qəbul etməyib və fakt istəyib. İ.Əliyev hətta bu ittihamın cavabsız qalmayacağını da bildirmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar