Xəbər lenti
Dünən, 19:25

"Rövşən Əkbərovun rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyildir. Qanunvericiliyin tələblərinə görə, zəruri olan hallarda əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşısında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqəsdəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb", - Baş prokuror vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 805          Tarix: 1-11-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma