Xəbər lenti


AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev akademik Ramiz Mehdiyevin ittihamlarına cavab verib.

F.Abdullayev Lent.az-a açıqlamasında R.Mehdiyevin iddialarına təəssüfləndiyini qeyd edib: “Çox saylı KİV nümayəndələrinin, məni istəyən və istəməyən yoldaşların zənglərini nəzərə alaraq bildirirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəsi hər hansı bir məsələnin ictimaiyyiləşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə görə isə yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”.
 
Qeyd edək ki, R.Mehdiyev AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi ittiham edib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb: “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.




Ana səhifəyə qayıt        Baxış: 4 255          Tarix: 24-11-2021, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma