Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
“"Prezidentin quluyam" deyən Gənclər və İdman nazirinin keçmiş müavini Kəmaləddin Heydərovun adamı imiş, oğlu isə "qulun" hesabına milyonçuya çevrilibmiş...”
Ovqat.com xəbər verir ki, tanınmış jurnalist Cavanşir Həsənli dünən paylaşdığı facebook statusunda bu iddianı irəli sürüb.
Jurnalistin kiçik araşdırma nəticəsində ortaya çıxartdıqları:
Bir neçə gün əvvəlki əttökən mövzuya toxunmaq istəyirəm. "Mən ömrümün sonunadək Prezidentimizin quluyam" deyib ictimai ikrah hissi doğuran keçmiş nazir müavini İsmayıl İsmayılov əslində Kəmaləddin Heydərovun, müasir politoloji dildə desək, kadrıdır.
İsmayıl İsmayılovun oğlu Elvin ismayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir. O, əvvəllər "QƏBƏLƏ ATICILIQ KLUBU" MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan "GİLAN İNŞAAT" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "QƏBƏLƏ SPORT STORE" MMC-yə rəhbərlik edir. "QƏBƏLƏ SPORT STORE" idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.
İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "CORE CONSTRUCTİON" (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər.
"CORE CONSTRUCTİON" yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus AVROPA AZƏRBAYCAN MƏKTƏBİni inşa edib.
"AVROPA AZƏRBAYCAN MƏKTƏBİ" TƏHSİL KOMPLEKSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib.
"CORE CONSTRUCTİON" (https://coreconstruction.az/az/) həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar